Ötən il ərzində İranda yaşayan əfqanıstanlı qaçqınlardan 1 milyonu ölkədə deportasiya edilib.
Bu barədə Daxili İşlər Nazirliyinin Xarici Vətəndaşlar və İmmiqrantlarla İş üzrə Mərkəzinin rəhbəri Nadir Yarəhmədi deyib.
O, İranda 6 milyon 100 min xarici qaçqının olduğunu, onlardan yalnız 2 milyon 100 min nəfərinə sənəd verildiyini bildirib.
Qeyd edək ki, İran hökuməti bu ölkədə yaşayan əfqanıstanlı qaçqınlara təzyiqlərin davamında onların daha 18 əyalətə girişini qadağan edib.
Bununla yanaşı əfqanıstanlı qaçqınları işə götürən və onlara ev kirayə verən şəxslərə qarşı ağır cərimələr tətbiq edib.
SEPAH-ın "Qüds" qüvvələrinin qurduğu əfqanistanlı qaçqın şiyələrdən ibarət "Fatimiyyun" qruplaşmasının üzvlərinə və ailələrinə isə xüsusi imtiyazlar verilib.
visiontv.az