İranı tərk etdikdən sonra ölkədəki vəziyyətlə bağlı danışan bir şahid İslam Respublikasının insanlara dəhşəti yaşatdığını açıqlayıb. Son günlərdə Türkiyəyə səfər edən və İranda baş verən hadisələrin birbaşa şahidi olan gənc Mərac “Instagram” hesabında paylaşdığı video ilə beynəlxalq ictimaiyyətə çağırış edib.
Sənətkar və idmançı kimi tanınan Mərac bildirib ki, İranda yaşananlar fəlakət həddinə çatıb və mövcud repressiyaların yalnız xarici müdaxilə ilə dayandırılması mümkündür. Onun sözlərinə görə, ölkə daxilində təhlükəsizlik qüvvələri dinc insanlara qarşı amansız zorakılıq göstərirlər.
“Mən bu son günlərdə İranda cəhənnəmi gördüm. Biz insanlara necə kömək edə bilərik, bilmirəm. Onlar insanları öz qanlarında boğurlar, sinələrindən gülə ilə vururlar, amansızcasına qələ yetirirlər”, – deyə, Mərac göz yaşları içində bildirib.
visiontv.az