Sözügedən məsələ parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Hesablama Palatasının auditorunun təyin edilməsi haqqında" layihədə əksini tapıb.
Sənədə əsasən, Hafiz Mahir oğlu İsmayılbəylinın Azərbaycan Respublikası Hesablama Palatasının auditoru vəzifəsinə namizədliyi təqdim olunub.
Müzakirələrdən sonra sözügedən şəxs yenidən yenidən təsdiq olunub.
H.İsmayılbəyli sonuncu dəfə bu vəzifəyə 22 oktyabr 2019-cu il tarixində Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə təyin edilib.
"Hesablama Palatası haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, qurumun rəhbər heyəti (üzvləri) cəmi 5 auditordan ibarətdir.
visiontv.az