Son 1 həftə ərzində İranın Yəzd əyalətində 750 Ədaşı həbs edilib.
Bu haqda əyalətin polis rəisi Əhməd Nigəhban bildirib.
O, həbs edilən şəxslərin deportasi olunmaları üçün müvəqqəti düşərgələrə köçürüldüklərini deyib.
Qeyd edək ki, İran İsraillə 12 günlük müharibədən sonra əfqanistanlı qaçqınların deporasiyasını sürətləndirib.
Bir müddət əvvəl İran Daxili İşlər Nazirliyinin Xarici Vətəndaşlar və İmmiqrantlarla İşlər Mərkəzinin rəhbəri Nadir Yarəhmədinin verdiyi açıqlamaya görə, cari ilin ilk 6 ayı ərzində İranda yaşayan 1 milyon 450 min əfqanistanlı qaçqın ölkədən qovulub.
BMT nümayəndələri qaçqınların kütləvi deportasiyasını pisləyib və Tehrandan miqrantların deportasiyasını dayandırmağı tələb ediblər.
visiontv.az