İranın Yəzd əyalətində su probleminə görə iki gün tətil ela edilib.
Bu barədə əyalət valiliyi məlumat yayıb.
"Su kəmərinə təxribat nəticəsində müxtəlif ərazilərin su təchizatında problemlər yaranıb",- məlumatda bildirilib.
Təxribatın kimlər və ya hansı şəkildə törədildiyi barədə əlavə məlumat verilməyib.
Bəzi qeyri-rəsmi mənbələr İsfahanda Yəzdə çəkilən su kəmərinin partladıldığın bildiriblər.
Qeyd edək ki, bir həftədir İsfahanda əkinçilər su paylarının verilməmədiyi halda, İsfahandan Yəzdə su ötürüldüyünə etiraz olaraq aksiya keçirirlər.
visiontv.az