7-ci ADA Siyasi Forumu iştirakçıları Xankəndi şəhərinə çatıb
08.04.2025

Azərbaycanın Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində "Yeni Dünya Nizamına Doğru" mövzusunda keçiriləcək 7-ci ADA Siyasi Forumunun iştirakçılarını gətirən avtobuslar Xankəndi şəhərinə çatıb.

Visiontv.az APA-ya itinadən xəbər verir ki, qonaqlar Qarabağ Universitetinə gəliblər.

Xatırladaq ki, forumun Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin idarə heyətinin sədri Fərid Şəfiyevin moderatorluq edəcəyi birinci panelində “Geosiyasi dəyişikliklər və onların regional suverenliyə təsiri” mövzusu müzakirə ediləcək.

“Yeni dünya nizamı: İqtisadi transformasiya və rəqəmsal inqilabdan gözləntilər” mövzusundakı ikinci panelin moderatoru isə ADA Universitetinin prorektoru, Milli Məclisin deputatı Fariz İsmayılzadə olacaq.

Müzakirələrdə iqtisadi müstəqillik, texnologiyaların qlobal güc bölgüsünə təsiri və dayanıqlı inkişaf yanaşmaları da gündəmə gətiriləcək.

Qeyd edək ki, tədbir öz işini aprelin 9-da Bakıda davam etdirəcək.

08:57

Azərbaycanın Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində "Yeni Dünya Nizamına Doğru" mövzusunda keçiriləcək 7-ci ADA Siyasi Forumunun iştirakçılarını gətirən xüsusi təyyarə Füzuli Hava limanına enib.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, 44 ölkəni təmsil edən qonaqlar buradan Xankəndi şəhərinə yola düşüb.

Xatırladaq ki, forumun Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin idarə heyətinin sədri Fərid Şəfiyevin moderatorluq edəcəyi birinci panelində “Geosiyasi dəyişikliklər və onların regional suverenliyə təsiri” mövzusu müzakirə ediləcək.

“Yeni dünya nizamı: İqtisadi transformasiya və rəqəmsal inqilabdan gözləntilər” mövzusundakı ikinci panelin moderatoru isə ADA Universitetinin prorektoru, Milli Məclisin deputatı Fariz İsmayılzadə olacaq.

7-ci ADA Siyasi Forumu iştirakçıları Xankəndi şəhərinə çatıb  - FOTO      - YENİLƏNİB

Müzakirələrdə iqtisadi müstəqillik, texnologiyaların qlobal güc bölgüsünə təsiri və dayanıqlı inkişaf yanaşmaları da gündəmə gətiriləcək.

Qeyd edək ki, tədbir öz işini aprelin 9-da Bakıda davam etdirəcək.

7-ci ADA Siyasi Forumu iştirakçıları Xankəndi şəhərinə çatıb  - FOTO      - YENİLƏNİB

7-ci ADA Siyasi Forumu iştirakçıları Xankəndi şəhərinə çatıb  - FOTO      - YENİLƏNİB



Gündəlik

slide 7 to 10 of 8