İranda saxlanılan fransalı məhbuslar girov götürülüb - XİN başçısı
21.10.2024

İran həbsxanalarında saxlanılan Fransa vətəndaşlarının vəziyyəti qəbuledilməzdir və Paris onların azad edilməsi üçün səylərini dava etdirəcək.

Bu sözləri Fransanın xarici işlər naziri Jan-Noel Barro deyib.

İranda həbsdə olan 3 Fransa vətəndaşının ailələri ilə görüşən XİN başçısı Tehran hökumətinin fransalıları həbs etməsini girov götürmə adlandırıb.

Qeyd edək ki, casusluqda günahlandırılan 3 Fransa vətəndaşı iki ildən çoxdur ki, Tehran və Məşhəd həbsxanalarında saxlanılırlar.

Qərb ölkələri vətəndaşlarının İran tərəfindən həbsini dövlət səviyyəsində girov götürmə kimi qiymətləndirib, Tehranın bu taktikadan Qərbə təzyiq göstərmək və güzəştlər əldə etmək üçün istifadə tdiyini bildirirlər.

visiontv.az