İsrail İrana casusluqda ittiham olunan daha 7 vətəndaşını həbs edib
22.10.2024

Şərqi Qüdsdə yeddi sakin İranın xeyrinə casusluqda şübhəli bilinərək həbs edib.

APA-nın “The Jerusalem Post”a istinadən verdiyi xəbərə görə, bu barədə İsrail polisi məlumat yayıb.

Şərqi Qüdsün Beyt Səfafa məhəlləsindən olan 17-23 yaş arasında gənclər həmçinin, polis avtomobillərinə zərər vermək, onları yandırmaq, qrafiti yazmaq, qumbara və digər hərbi sursat almaqda ittihamı edilirlər.

Bu həbslər bazar ertəsi səhər edilən həbslərə əlavədir.

Qeyd edək ki, ötən gün İsrail İrana casusluqda ittiham olunan Azərbaycan əsilli 7 vətəndaşını həbs etmişdi.

Visiontv.az