Rəzəvi Xorasan əyalətinin məhkəməsi iki məhbusun ictimaiyyət qarşısında edam edilməsi barədə qərar çıxarıb.
Bu barədə insan haqları təşkilatları məlumat yayıb.
Məhbusların qətl və silahlı soyqunda günahlandırıldıqları bildirilib.
Onların kimliyi və nə vaxt edam ediləcəkləri barədə əlavə məlumat verilməyib.
Bundan əvvəl beynəlxalq insan haqları təşkilatları İran hökumətinə ictimaiyyət qarşısında edam cəzaları icra etdiyinə görə etiraz ediblər.
visiontv.az