İranda dollar bahalaşmağa davam edir
15.11.2024

İran Mərkəzi Bankı: İnşallah, dolların qiyməti bu limitlər daxilində qalacaq

ABŞ-nin yeni prezidenti Donald Tramp seçildikdən sonra İran valyutası yenidən dəyər itirməyə davam edib. Belə ki, dolların qiyməti bahalaşaraq 68 min tümənə qədər qalxıb.

İran Mərkəzi Bankının rəhbəri Məhəmmədrza Fərzi, "İnşallah, dolların qiyməti bu limitlər daxilində qalacaq" sözləri ilə bəyanat yaysa da eksperlər dolların 70 min tümənə qədər bahalaşacağını bildirirlər.

Bir sıra mütəxəsislər isə dolların qiymətinin hətta 100 min tümənə qədər qalxacağını da bildiriblər.

Bununla bağlı İran parlamentinin Proqram və Büdcə Komissiyasının üzvü Hadi Qəvami fikir bildirib, "Əgər gedişata məhəl qoymasaq, dollar 95-125 min tümən arasında sərhədi keçəcək"

visiontv.az