İranın “Ettelaat” qəzeti iddia edib ki, “TRIPP marşrutu” (Zəngəzur dəhlizi) layihəsi İranın milli təhlükəsizliyi üçün ciddi risklər yaradır.
Məqalədə bildirilir ki, ötən ay ABŞ dövlət katibi Marko Rubionun İrəvana səfəri zamanı layihə ilə bağlı strateji çərçivə sazişi imzalanıb. Qəzet iddia edir ki, layihənin həyata keçirilməsi nəticəsində ABŞ faktiki olaraq İranın şimal-qərb sərhədlərində mövcudluq əldə edəcək.
Layihənin idarə olunması üçün yaradılacaq konsorsiumun 74 faizi ABŞ və Qərb şirkətlərinə, 26 faizi isə Ermənistan tərəfinə məxsus olacaq.
“İran-Ermənistan sərhədi boyunca uzanacaq layihə gələcəkdə ABŞ, NATO və İsrailin bölgədəki təsir imkanlarını artıraraq İranın təhlükəsizlik maraqlarına təhdid yarada bilər. İslam Respublikası layihəyə qarşı açıq mövqe nümayiş etdirməlidir. Sükut bu layihənin legitimləşdirilməsi və gələcək risklərin artması deməkdir”, - deyə vurğulanıb.
visiontv.az