Bir neçə gündür ki, sosial şəbəkələrdə yeni “geosiyasi model” yaradılır:
İran guya Hörmüz boğazında tarif tətbiq edir, hər tanker 2 milyon dollar ödəyir, günə 100 milyon, aya isə milyardlar. Demək olar ki, ölkə büdcəsi artıq Facebook şərhlərində formalaşmışdı.
Amma reallıq gəlib çox kobud şəkildə bu fantaziyanı dağıtdı.
Atəşkəs elan olundu və ilk şərt nə oldu?
Hörmüz boğazından maneəsiz keçid.
Yəni nə 2 milyonluq “tarif” var, nə də milyardlıq “gəlir”. Sadəcə sosial şəbəkə səviyyəsində qurulan alternativ iqtisadiyyat.
Bu epizod bir daha göstərdi ki, geopolitika status yazmaqla yox, real güc balansı ilə işləyir. Və o balansda heç kim Hörmüzü şəxsi bankomat kimi işlədə bilmir...
Elbəyi Həsənli
visiontv.az