İran Rusiyanın onu Amerikadan qoruyacağınamı ümüd edir?
04.04.2025

İranın rəsmi xəbər agentliyi olan İRNA-nın məlumatına görə, Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Amerikanın İranı bombalamaqla hədələməsini tənqid edib.

Onun bu sözləri İran ilə Rusiya arasında artan mesajlaşmaların nəticəsi kimi görünür. Son zamanlar, Amerikanın İranın nüvə proqramı ilə bağlı razılaşmaya gəlməyəcəyi təqdirdə bu ölkəni bombalamaqla hədələməsinə görə İran və Rusiya arasında mesajlaşmalar artıb.

İran Rusiyanın Amerikanın zərbələrinin qarşısını almağa kömək edəcəyinə ümid edir. Rusiya isə öz növbəsində Amerika ilə Ukraynada mümkün atəşkəs barədə müzakirələr aparır. Danışıqlara Səudiyyə Ərəbistanı ev sahibliyi edib.

Rusiya Ukrayna ilə bağlı əldə olunacaq mümkün razılaşmanı necəsə İranla da əlaqələndirmək istəyə bilər. Son zamanlar İranla Rusiyanın daha da yaxınlaşması şəraitində Rusiyanın belə bir istəyinin olması mümkün görünür. Qeyd edək ki, qısa müddət öncə Rusiya, İran və Çin Pekində danışıqlar aparmışdılar.

visiontv.az



Gündəlik

slide 7 to 10 of 8