İranın dini lideri Əli Xamenei Tehran və Vaşinqton arasında planlaşdırılan danışıqların uğurlu olacağı təqdirdə İrana birbaşa ABŞ investisiyalarına müsbət yanaşır.
"Associated Press" xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib. " İranın Ali lideri Ayətullah Əli Xamenei ABŞ-ın İrana investisiya yatırmasına etiraz etmir. Amerikalı investorlar, gəlin və investisiya yatırın " deyə o qeyd edib. Məsud Pezeşkianın fikrincə, belə bir təklif ABŞ Prezidenti Donald Trampı maraqlandıra bilər. O vurğulayıb ki, Tehran nüvə silahı yaratmağa çalışmır, ölkənin nüvə proqramı sülhməramlı və elmi xarakter daşıyır. İran prezidenti bununla da Qərblə danışıqların yeni formatını təqdim edib. Bir tərəfdən nüvə məsələsində Tramp admistirasiyana müsbət mesaj verib, digər tərəfindən isə investisiyalar barədə söhbət açaraq diqqəti başqa istiqamətə yönəldir. Donald Trampın Ukrayna və Rusiyanın mineral ehtiyatlarını istismar etmək barədə təşəbbüslə çıxış etməsi Tehranda maraqla qarşılanıb.Əslində İran rəhbərliyinin ABŞ - ni İranın mineral sərvətlərinə cəlb etməkdə 2 məqsədi güdür. Birincisi ABŞ və İsrail arasında olan ittifaqı zəiflətmək. Rəsmi Təl - Əviv İrana qarşı əməliyyatda ABŞ - nin də iştirak etməsi üçün çalışır. Vaşinqtonla qarşıdurma Tehrana sərf etmir. Bu ağır iqtisadi sanksiyalarla bərabər dağıdıcı müharibəyə də səbəb ola bilər. İranın sərvətlərinə investisiyanın qoyulması eyni zamanda bu ölkəyə Qərbin ağır sanksiyalarından xilas olmağına da kömək edəcək. İran ABŞ ilə əməkdaşlıq çərçivəsində dünya bazarını da çıxış əldə edə bilər ki bu bu ölkənin ağır olan iqtisadi vəziyyətinin normallaşırılması üçün yaxşı fürsətdir. Pezeşkian Trampın iqtisadi siyasətindən istifadə etmək istəyir. Amerikalı investorlara müraciət edilməsinin əsas məqsədi də bu idi. Ehtimal ki, Tehran ABŞ biznes mühiti ilə bu məsələ ilə bağlı danışırlara gedəcək. Bu məsələ hər nə qədər Pezeşkian hökumətinə ölkədəki mühafizəkar təbəqə ilə ciddi problem yaratsa belə Xamenei ölkənin iqtisadi inkişafı və Qərbdən gələcək iqtisadi - hərbi hücumları dəf etmək üçün bu məsələdə prezidentə dəstək verə bilər. Şübhəsiz ki, İsrail bu razılaşmanı əngəlləmək üçün bütün vasitələrdən istifadə edəcək. ABŞ - İsrail rəsmilərinin görüşündə bu məsələnin də ələ alınacağı gözləniləndir.
Politoloq Zeynal Əmrəliyev
visiontv.az