İran xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Məcid Təxt Rəvançi Ermənistanın “Regionmonitor.com” saytına müsahibəsində Tehran və İrəvanın səylərini strateji münasibətlərə dair sənədin imzalanmasına yönəltməli olduğunu deyib.
Bununla bağlı, fars və erməni dillərində yayımlanan “Arax News” Teleqram kanalı xəbər verir.
“Uğurlu bir sənəd hazırlamaq üçün vaxt lazım ola bilər, ancaq mən hesab edirəm ki, nə qədər ki, hər iki tərəf maraq göstərir, bu məqsədə çatmaq üçün daha çox çalışmalıyıq”, - deyə, nazir müavini vurğulayıb.
visiontv.az