İran polisi Tehran yaxınlığında yerləşən Dəmavənd şəhərinin Absərd kəndində 15 yaşlı əfqanistanlı qaçqın Seyid Mehdini ağır şəkildə döyüb.
Bu barədə məlumat verən əfqanistanlı fəallar yeniyetmənin gündəlik əmək haqqı qarşılığında işlədiyi tarlaya getdiyi vaxt polis tərəfindən döyüldüyü bildirilib.
"Məmurlar Seyid Mehdi və bir neçə qaçqın qadını deport etmək üçün saxlayıblar, 15 yaşlı yeniyetmə etiraz etdiyi üçün ağır döyülüb, qolu, qabırğası və boynu qırılıb",- məlumatda deyilib.
yeniyetmə ağır vəziyyətdə xəstəxananın reanmasiya bölməsinə köçürülüb.
Qeyd edək ki, xüsusən son vaxtlar İrada yaşayan əfqanistanlı qaçqınlara qarşı hücumlar artıb.
Avqustun sonlarından isə onların ölkədən deportasiyasının sürtləndirilməsi ilə bağlı yeni plan hazırlanıb.
visiontv.az