İran mediası: “Cənubi Qafqazda gözlənilən müharibə”
07.02.2025

“Tarighpress” saytı qərəzli şəkildə yazıb ki, son günlər Azərbaycan Müdafiə Nazirliyi ehtiyatda olan qüvvələrin iştirakı ilə təlim məşqləri keçirilib.

Açıq şəkildə ermənipərəst mövqeyini nümayiş etdirən sayt Qarabağı qərəzli şəkildə “Artsax” adlandıraraq yazıb: “Artsax” bölgəsində baş verən prosesləri və Suriyadakı hadisələrdə “Bakının” (Azərbaycan) əsas müttəfiqinin (Türkiyə) təsirindən eyforiyaya qapıldığını nəzərə alaraq, görünür, təlimlərin keçirilməsində əsas məqsəd Ermənistanla mümkün döyüşə hazırlıq olacaq”.

Sayt əsassız iddialarla davam edib: “Bakının “Turan dəhlizinin” işə salınması ilə bağlı son açıqlamaları onun şərq qonşusuna qarşı “militarist” yanaşmasını göstərir”

visiontv.az



Gündəlik

slide 7 to 10 of 8