Səudiyyə Ərəbistanının xarici işlər naziri Faysal bin Fərhan əl-Səud İranı sərt şəkildə tənqid edib.
Nazir çıxışında bildirib:
“Mən başa düşmürəm ki, onlar necə İslam dəyərlərini müdafiə etdiklərini iddia edirlər, amma eyni zamanda İslam ölkələrinə hücum edirlər. Onlar yalnız bir ölkəyə yox, Səudiyyə Ərəbistani, Bəhreyn, Küveyt, Qətər, Azərbaycan, Türkiyə, Oman, BƏƏ, Livan, İordaniya, İraq kimi müsəlman ölkələrinə ücum edirlər. Hətta bu müharibədən əvvəl belə, İranın İslam dünyasına töhfəsi nə olub? Onlar Yəməndə Husiləri, İraqda fərqli silahlı qrupları dəstəkləyiblər. Onlar *Livana Hizbullah vasitəsilə müdaxilə ediblər; bu təşkilat təkcə siyasi hakimiyyəti ələ keçirməyib, həm də regionda, o cümlədən Səudiyyə Ərəbistanında sabitliyi pozan fəaliyyətlər həyata keçirib. Bunun ən aydın nümunələrindən biri İran və Hizbullahın Suriyadakı roludur. Belə hərəkətlər baş verdiyi halda, müsəlman dünyasına bu iddia edilən dəstək haradadır? Onlar öz xalqlarını sıxışdıran rejimləri dəstəkləyərkən, Livanda siyasi fiqurları qətlə yetirərkən və İraqda inkişafın qarşısını alan silahlı qrupları gücləndirərkən necə İslam dəyərlərini müdafiə etdiklərini iddia edə bilərlər? Mən İslam dəyərlərinə real dəstək görmürəm. Bunlar sadəcə örtük kimi istifadə olunan şüarlardır. Əslində isə bu vasitələr İranın maraqlarına xidmət edir — onların iddia etdikləri prinsiplərə yox.”
visiontv.az