ABC News ABŞ Mərkəzi Komandanlığının – CENTCOM sözçüsünə istinadən xəbər verib ki, ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən saxlanılan İranın “Toska” gəmisi hazırda ilkin vəziyyətinə qaytarılma prosesindədir.
Gunaz TV-nin məlumatına görə, Tim Houkins bildirib: “Bu gün ABŞ qüvvələri ‘Toska’ gəmisinin 22 nəfərlik heyətinin Pakistana köçürülməsini və onların ölkələrinə qaytarılması prosesini tamamladı.”
O əlavə edib: “Altı digər sərnişin isə ötən həftə ölkələrinə qaytarılmaq üçün region ölkələrindən birinə köçürülmüşdü.”
İranın dövlət mediası həmin altı nəfəri bəzi heyət üzvlərinin ailə üzvləri kimi təqdim etmişdi.
Houkins vurğulayıb: “Keçən ay ‘Toska’ gəmisi ABŞ-ın İrana qarşı tətbiq etdiyi dəniz blokadasını pozmağa cəhd edərkən saxlanılıb və müsadirə olunub. Hazırda gəmi öz ilkin sahibinə qaytarılır.”
visiontv.az