İran benzin qıtlığı ilə üzləşə bilər
29.04.2026

Bunu ABŞ-nin maliyyə naziri Skott Bessent deyib.

O, aprelin 28-də X platformasında qısa paylaşım edib: "Sağ qalan SEPAH rəhbərləri kanalizasiya borusunda boğulan siçovullar kimi tələyə düşdüyü bir vaxtda, İranın köhnəlmiş neft sənayesi ABŞ blokadası sayəsində hasilatı dayandırmağa başlayır".

"Neftin vurulması tezliklə dayanacaq", – o əlavə edib.

İxracın həftələrdir pozulması İranın neft sektoruna ciddi təzyiq yaradıb. Buna ABŞ-nin İran limanlarına blokada tətbiq etməsi səbəb olub. Bu blokada Tehranın strateji Hörmüz boğazını faktiki bağlamasına cavab olaraq tətbiq olunub. 

visiontv.az