İqtisadiyyat naziri Mikayıl Cabbarov oldu
23.10.2019

Prezident İlham Əliyev Mikayıl Cabbarovla bağlı sərəncam verib.

Visiontv.az Qafqazinfo-ya isinadən xəbər verir ki, sərəncama əsasən, M. Cabbarov Vergilər naziri vəzifəsindən azad edilib.

Ölkə başçısının digər sərəncamı ilə Cabbarov İqtisadiyyat naziri təyin edilib.

Xatırladaq ki, ötəngünkü sərəncamla keçmiş İqtisadiyyat naziri Şahin Mustafayev Baş Nazirin müavini təyin edilib.