İqtidarın Rəsulzadəyə münasibəti qüsurlu olduğu kimi, müxalifətin də münasibəti qüsurludur-Bəybala Mirzəyev
İqtidarın Rəsulzadəyə münasibəti qüsurlu olduğu kimi, müxalifətin də münasibəti qüsurludur-Bəybala Mirzəyev
10.07.2020 Bəybala Mirzəyev Tərəfindən

Bunu sosial şəbəkələrdə yayılan "Milli Şura - AXCP" tandeminin növbəti videokonfrans formatındakı iclasının görüntülərindən də görmək mümkündür.

Sözügedən videokonfransda Əli Kərimlinin Rahim Hacıyev tərəfindən "zəmanəmizin Rəsulzadəsi" elan edilməsi iddiası nə həmin iclasın öz iştirakçıları arasında, nədəki cəmiyyətdə birmənalı qarşılanıb.

Cəmil Həsənli və Vidadi Mirkamal dərhal bu tezisə etiraz edib. Qənimət Zahid isə ironiya ilə “Yaxşı bəylər, Topçubaşov, Allah xeyir versin” replikasını atıb.

Əli Kərimlinin Rəsulzadə ilə eyniləşdirilməsinə Milli Şuranın öz üzvləri tərəfindən olan etirazların səbəbinin nə ilə bağlı olduğunu dəqiq bilmirik. Ola bilsin ki, müqayisənin yersiz olduğunu özləri də dərk edirlər. Və başa düşürlər ki, qaş qayırmaq istədikləri halda, vurub gözü də çıxarmış olarlar.

Doğrudan da, Rəsulzadə hara, Əli Kərimli hara?!

Miqyaslar həqiqətən də çox fərqlidir.

Rəsulzadə ideya adamı idi və idealist idi. Əli Kərimli isə siyasət adamıdır və realistdir, praqmatikdir.

Ortada İranla Turan qədər böyük bir fərq var.

Hazırki siyasətçilərimizin arasında "zəmanəmiin Rəsulzadəsi" adlandırıla biləcək kimsə yoxdur. Çünki zəmanəmizin Rəsulzadəsi olmaq hər adamın işi deyil.

P.S.

Nədənsə, birdən-birə M.Lermontovun "Zəmanəmizin qəhrəmanı" əsərindəki Peçorin obrazı yadıma düşdü. Ancaq Peçorin siyasətdən uzaq adam idi. Və əslində heç bir qəhrəmanlığı-flanı da yox idi...

Visiontv.az