Effektiv iqlim fəaliyyətini sürətləndirmək üçün COP29 çərçivəsində yeni razılaşmalar və əməkdaşlıqlar təsis edilir. Səylər gücləndikcə, tərəqqi də sürətlənəcək. İnanıram ki, iqlimlə bağlı birgə fəaliyyət üçün COP29 dönüş nöqtələrindən biri olacaq.
Bütün sahələrdə olduğu kimi iqlimlə bağlı fəaliyyətlərdə də standartlara zəruri ehtiyac var. İqlimlə bağlı uğurlu fəaliyyət üçün standartlar kritik alətlər kimi istifadə edilməlidir. Əminəm ki, qlobal iqlim gündəmində standartların daha çox tanınmasına səbəb olacaq.
AZSTANDART COP29-un Standartlar Pavilyonunda iştirak edir. Burada elm və texnologiya, enerji səmərəliliyi, dayanıqlı inkişaf, ekoloji təmiz nəqliyyat vasitələri və kənd təsərrüfatı mövzularına həsr olunmuş sessiyalar keçirilir. Müzakirələr daha effektiv və təsirli olur. Bu pavilyon, standartlaşma ilə bağlı birlikdə işləməyə marağı olan təşkilatları bir araya gətirir.
Burada ISO, IEC, UL Standards & Engagement, WBCSD, Better Cotton, ICMM, ITU (Beynəlxalq Telekommunikasiya Birliyi), OIML, PEFC, SMIIC kimi beynəlxalq təşkilatlar da iştirak edəcək.
16 noyabr tarixində Elm, Texnologiya və İnnovasiya/Rəqəmsallaşma tematik günü ilə bağlı “Dayanıqlı Elm və Texnologiya üçün Standartlar” mövzusunda sessiyalar təşkil ediləcək. Burada beynəlxalq və yerli ekspertlər tərəfindən “Dayanıqlı elm və texnologiya standartları” müzakirə ediləcək. Bu sessiya texniki komitələrin və metrologiyanın İKT standartlarının və dayanıqlı inkişaf məqsədlərinin irəliləyişində rolunu araşdıracaq. Panel iştirakçıları ASTM-ISO tərəfdaşlığı kimi əməkdaşlıqları vurğulayaraq, milli və beynəlxalq standartların rəqəmsal innovasiya, dayanıqlı istehsal və telekommunikasiyaya töhfələrini müzakirə edəcəklər.
Həmçinin İKT sahəsində standartların əhəmiyyəti və bu istiqamətdə fəaliyyətlərin gücləndirilməsi barədə müzakirələr aparılacaq.
İKT mütəxəssisi Elvin Abbasov
visiontv.az