İnsan haqları təşkilatları milli məhbuslara dəstək verdi
21.10.2024

24 insan haqları təşklatı birgə bəyanat yayaraq Tehranın Evin həbsanasında saxlanılan güney azərbaycanlı milli məhbuslara dəstək verib.

Bəyanat müəllifləri milli fəalların şərlənərək saxta ittihamlarla həbs edildiklərini, onların vəziyyətindən narahat olduqlarını bildiriblər.

Dünya ictimaiyyətini və beynəlxalq insan haqları təşkilatlarını azərbaycanlı fəallara dəstək verməyə çağıran insan haqları müdafiəçiləri Tehran hakimiyyətindən milli məhbusların sərbəst buraxılmalarını tələb ediblər.

Qeyd edək ki, Murtəza Pərvin, Hüseyn Piri, Kərəm Mərdanə, Bağır Hacızadə, Səid Camalzadə, Ayaz Seyfxah, Tahir Nəqəvi və başqa fəallar fevral ayının 5, 6 və 7-də Xiyav, Ərdəbil, Rəşt, Urmu, Təbriz, Tehran, Kərəc və Astara şəhərlərində həbs ediliblər.

Təhlükəsizlik məmurları onların bəzilərinin evinə hücum edib, axtarış aparıb və onlara məxsus bir sıra avadanlıqları müsadirə edib.

visiontv.az