Aprelin 26-da Berlində Almaniya kansleri Olaf Şolts Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlar aparacaq.
Visiontv.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Almaniya Nazirlər Kabinetinin rəsmisi Şteffen Hebeştrayt məlumat verib.
“Görüşdə ikitərəfli münasibətlərlə yanaşı, xarici siyasət, təhlükəsizlik, o cümlədən iqtisadi və enerji mövzuları müzakirə olunacaq”, - Hebeştrayt bildirib.
visiontv.az