Yüksək neft qiymətləri, emal marjalarının kəskin artması və Yaxın Şərqdəki geosiyasi gərginlik II rübdə qlobal neft şirkətlərinin maliyyə nəticələrini əhəmiyyətli dərəcədə gücləndirib.
ABŞ-ın ən iri neft şirkətləri olan ExxonMobil və Chevron 2026-cı ilin II rübü üzrə rekord mənfəət əldə etdiklərini açıqlayıblar.
Chevron-un xalis mənfəəti ötən ilin eyni dövründəki $2,5 mlrd-dan təxminən 5 dəfə artaraq $12 mlrd-a yüksəlib.
ExxonMobil-in mənfəəti isə $7,1 mlrd-dan $14,5 mlrd-a çataraq iki dəfədən çox artıb.
Avropanın enerji nəhəngləri də geridə qalmayıb. Shell II rübdə $9,84 mlrd, TotalEnergies 6,0 milyard dollar, Equinor isə 4,84 milyard dollar xalis mənfəət əldə edib.
Bəs Azərbaycanın neft-qaz şirkətlərinin qazancı II rübdə necə olub? Axı Azərbaycanda neft-qaz yataqlarının işlənməsi üzrə 15 hüquqi şəxs fəaliyyətdədir? Hasilatçı şirkətlərin sayı isə bundan 2 dəfədən də çoxdur.
Təəssüf ki, Azərbaycanda neft-qaz şirkətləri rüblük maliyyə göstəricilərini ictimaiyyətlə bölüşmür (yalnız 2 şirkət: bp-Azerbaijan və SOCAR rüblük təsərrüfat məlumatlarını yayır) və bu baxından da cari ildə neft qiymətlərinin dünya bazarında artımının onların gəlirlərinə necə təsir etdiklərini də görmək olmur.
Enerji üzrə ekspert Ilham Şaban
visiontv.az