Bazar ertəsi Yaponiyaya məxsus neft tankeri Yaxın Şərqdə münaqişənin başlanmasından sonra Hörmüz boğazından keçərək ölkəyə gələn ilk gəmi olub.
Bu barədə "Kyodo" agentliyi xəbər verir.
"Idemitsu Kosan Co." neft emalı şirkətinin bölməsinin istismarında olan tanker mərkəzi Yaponiyada Ayti prefekturasına 2 milyon barel xam neft çatdırıb ki, bu da ölkənin daxili gündəlik tələbatının təxminən 80 %-nə bərabərdir.
Gəmilərin avtomatik identifikasiya sisteminin məlumatına görə, Panama bayrağı altında üzən və uzunluğu 300 metrdən çox olan "Idemitsu Maru" gəmisi fevralın sonunda Fars körfəzinə daxil olub.
visiontv.az