Yol qəzasında həlak olan Azərbaycanın Təbrizdəki konsulunun cənazəsi Azərbaycana gətirilib
25.05.2026

Azərbaycanın Təbrizdəki konsulu Ramil İmranovun cənazəsi Azərbaycana gətirilib, Göyçayda dəfn olunacaq.

İran  Xarici  İşlər  Nazirliyinin sözçüsü İsmayıl  Bəqai bugünkü bildirib ki, Konsulluq  İdarəsi  Azərbaycan səfirliyi ilə əlaqə saxlayıb.
Onun sözlərinə görə, diplomatın nəşinin göndərilməsi üçün koordinasiya aparılıb.
O, bu hadisəyə görə təəssüfləndiklərini qeyd edib.
XİN  sözçüsü vurğulayıb ki, İran zəruri prosedurların icrası və nəşin göndərilməsi üçün yardım göstərməyə hazırdır.
Qeyd edək ki, Azərbaycanın  Təbriz şəhərindəki konsulu  Ramil  Rza oğlu İmranov 23 may tarixində Culfa-Təbriz avtomagistral yolunda  Mərənd qəsəbəsi yaxınlığında xidməti fəaliyyətini həyata keçirərkən avtomobil qəzası nəticəsində ölüb.

visiontv.az