Hörmüz boğazında neft tankeri vuruldu
27.08.2026

Hörmüz boğazında hərəkət edən neft tankeri hücuma məruz qalıb.

Bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Əməliyyatları üzrə Koordinasiya Mərkəzinin (UKMTO) yaydığı məlumatda qeyd olunub.

"Yerli orqanların məlumatına əsasən, gəmi naməlum mərmi ilə vurulub. Nəticədə tankerdə yanğın başlasa da alov qısa zamanda söndürülüb", - deyə açıqlamada bildirilir.

UKMTO qeyd edir ki, hazırda dənizçilərin həyatına təhlükə yoxdur və hadisənin hər hansı bir ekoloji fəsad törətdiyi barədə məlumat daxil olmayıb.

visiontv.az