Həyat dəyişənlər üzərində qurular: İndi Ruscamı, Rusmu savaşının sonudur
03.12.2023

Dəyişməyənləri tutanlar, dəyişməyənləri atanlar arasında zaman və məkan mücadiləsi başlar.

Dəyişənlərlə dəyişməyənlər açıq və gizli müharibə aparar.

Müharibənin isə əsas gücü Silahdır.

Silahlar dəyişəndə həyatla dünyalar arasında bu Güclənmə və gücsüzləşmə qarşımızda bir Mənzərə açar.

Bu məzərəyə görə Dünyagörüşlər ortaya çıxar,

Var olanlarla yox olanların Nəzərə dönməsi başlar.

Rusca bu gün rusun son Silahıdır.

Rusu Avropadan ayıran və Rus edən Dili oldu,

Bu dili Puşkinlər, Qoqollar, Dostoyevskilər yaratdılar,

Rus kimliyinə pasport qazandırdılar.

1812-dən sonrakı Rus bu gün tanıdığımız Rusdur.Rusca da 1812-dən sonrakı Dildir.

İndi Ruscamı, Rusmu savaşının sonudur.

Rusun Ruscası qurmaq istədiyi yeni dünyanın əsas silahıdır.

Rusiya bu gün bu silahına sarılıb.

1812-dən sonrası Rusiya torpağ zəbt edirdi,

2020 dən sonrakı Rusiya Dil zəbt etmək savaşını verir.

Gələcəyini artıq torpağ uğrunda deyil, Dili uğrunda ararır.

İngislə son savaşı da budur.

Dilinin işlədiyi ərazilərdə siyasətinin yanında deyil, Dilinin yanındadır Rus.

Dəyişən dünyada Dəyişməyənlər savaşında diri olan tək Dildir ki,

Düşüncələri həbsxanaya salıb, həyat qurar.

Ruscanın həbsxanasından çıxmaq istəyiriksə dünəndən gələn yazı dilimizdən xilas olub,

Yaşayan Dilin yeni yazısını yazmalıyıq.

Yazı Silahdır, vardır,

Danışan həyatın qurulan dünyasıdır.

İdris Heydərli

visiontv.az