Hələlik Putin və Zelenski savaşa, Avropa tamaşa...
17.09.2025

Tramp administrasiyası bir neçə narrativləri açıq şəkildə təbliğ etməyə başlayıb. Birincisi, indi Aİ tərəfindən ABŞ-ın rəqiblərinə qarşı sanksiyalar tətbiq edilməlidir, bu da tarif kampaniyasını dəstəkləmək deməkdir. İkincisi, o, münaqişənin günahkarlarını müəyyənləşdirdi. Bunlar Bayden və Zelenskidir. Uzun sürən müharibədə müəyyən dönüş nöqtəsi baş verir ki, bu zaman tərəflərin maraqları seqmentləşməyə başlayır və ən əsası tərəfdaşların hər biri xərcləri digərinə keçirmək istəyir.

Trampın NATO müttəfiqlərinə Rusiya neftinin idxalını dayandırmağa çağırması Amerika liderinin Qərbin Rusiyaya qarşı yeni sanksiyalar paketini təxirə salmaq taktikasıdır. ABŞ silah tədarükü məsələlərində də oxşar şəkildə hərəkət edir. Onlar satmağa hazırdır. Lakin avadanlıqları şişirdilmiş qiymətlərlə satmaq, Ukraynanın problemlərindən pul qazanmaq istəyirlər. Eyni zamanda Vaşinqton tədarükləri hər cür ləngidir, qiyməti yüksəldir, nəticədə Ukrayna HHM sistemləri artıq düşmən hücumlarının öhdəsindən gələ bilmirlər.

Tramp administrasiyası hər səviyyədə öz konturunu yaratmaqla Ukraynadakı münaqişədən çıxış yolunu formalaşdırmağa davam edir. ABŞ xərclərini Aİ-yə köçürür, eyni zamanda Ukraynaya hərbi təchizatı azaldır.

Trampın Putin və Zelenski arasında dərin şəxsi ədavət səbəbindən birbaşa danışıqların mümkünlüyünə şübhələri ABŞ prezidentinin sülh prosesindən yekun çıxış halında özü üçün mənfi cəhətləri minimuma endirmək cəhdidir. Tramp institusional, obyektiv səviyyədə mümkün olan hər şeyi etdiyini, lakin heç bir şəkildə təsir edə bilməyəcəyi subyektiv amillərə görə prosesin dalana dirəndiyini nümayiş etdirməyə çalışır. Bu yolla Aİ/Britaniya seçim qarşısında qalacaq ki, Ukraynaya hər hansı yardım və yaxud ordu göndərmək Avropa daxilində qarşıdurmanın artması demək olacaq.

P.S. Şəhzadə Harry və geydirmə Çörçill Boris Conson Kiyevdə idilər. Hər zaman olduğu kimi klassik ingilis taktikası ilə Ukraynaya ürək-dirək verdi. Sizin savaşınız bizim üçün həm də investisiyadır deyirdi. Prens Harry isə həlak olmuş Ukrayna əsgərlərinin məzarını ziyarət edərkən əcaba nə düşünürdü..? Vətəni uğrunda ölən əsgərlərəmi üzüldü yoxsa yanlış investisiya qoyduqlarınamı..? Üç, beş zavod vurmaqla Rusiyanı dayandırmaq, məğlub etmək olmaz. Putini sadəcə ləngitmək olar bu taktika ilə. Çünki savaşın durması və sülh artıq nə Trump, nə Zelenski nə Putindən asılıdır. Savaşın moderatorları qərar verəcək. Yeri gəlmişkən Trump Britaniyaya gedir. Hər halda Kral Çarlz ilə südlü çay içmək üçün görüşməyəcək. Trump tamda savaşın əsl moderatorları ilə görüşəcək və onların nə düşündüyü və Avropanın taleyi ilə bağlı nə planladıqlarını öyrənəcək. Almaniya, Polşa və Baltik nə olacaq..? Hamısı masada danışılacaq. Hələlik isə Putin və Zelenski savaşa, Avropa tamaşa.

Bir 1 nəfər, Brandenburq qapısı və mətn şəkili ola bilər

Pərviz Əliyev

visiontv.az