Yepiskopun cinsi azlıqlarla bağlı nitqi gündəm yaradıb.
VisionTV.az milli.az -a istinadla bildirir ki, Kiprin Akaki vilayətinin baş keşişi dini məktəbdə çıxışı zamanı homoseksuallığın hamiləlik dönəmində formalaşdığını iddia edib.
"Hamiləykən qeyri-təbii yolla cinsi əlaqədə olan qadınların övladları gey doğulur", - yepiskop söyləyib. O, öz düşüncələrini müsiqiçi valideynin övladının da musiqi talantlı doğulması ilə əlaqələndirməyə çalışıb.
Onun fikirləri ölkə gündəmini zəbt edib. Kiprli keşişin düşüncələri ələ salınıb və təhqir edilib.