İranda hökumət mollası 14-cü əsrin klassik şairlərindən biri olan Hafiz Şirazinin Divanından fal açdırmaq istəyib. Yanındakı şəxs Hafizin qəzəllərindən birini seçərək mollaya “gələcəkdən xəbər” vermək istədikdə, ortaya çıxan məna din xadimini bir qədər çaşdırıb.
Falın qısa mənası belə olub: “Özünü məsciddə, minbərdə nəsihət ustası kimi göstərənlərin əməlləri, tək qalanda çox da nəsihətə uyğun olmur. Tövbədən danışanlar da az tövbə edirlər”.
Molla nə cavab verdi, bilinmir, amma Hafiz Şirazi bu qəzəllə sanki ona “əgər bu fala inanırsansa, deməli, dediklərim səni tutur. İnanmırsansa, niyə fala baxdırırsan?!”, - demək istəyib.
visiontv.az