Gürcüstandan olan azərbaycanlıların üçüncü qrupu Xankəndiyə səfər edib
21.10.2024

Gürcüstanda yaşayan azərbaycanlılarının növbəti qrupunun Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfəri başlayıb.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, üçüncü qrup bu gün Xankəndi şəhərinə gəlib.

Qeyd edək ki, Gürcüstan azərbaycanlılarının işğaldan azad olunan ərazilərə səfəri üç qrup olmaqla, altı gün ərzində həyata keçirilir. Bundan əvvəl iki qrup Şuşa, Xankəndi və Ağdam şəhərlərində səfərdə olub.

Gürcüstandan olan azərbaycanlıların üçüncü qrupu Xankəndiyə səfər edib - FOTO

Gürcüstandan olan azərbaycanlıların üçüncü qrupu Xankəndiyə səfər edib - FOTO