Gürcüstan sərhədlərində robotlar işə cəlb ediləcəklər
26.03.2023

Gürcüstan gömrük xidmətinin təşkilində robotlardan istifadə edəcək.

Visiontv.az Bakutv - yə istinadla xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyinin rəhbəri Laşa Xutsişvili məlumat verib.

“Robotlar müxtəlif sənədləri qəbul edib rəqəmsallaşdıracaq, onlarda olan səhvləri göstərəcək və gömrük nəzarəti işinə cəlb olunacaqlar”, - deyə Xutsişvili vurğulayıb.

Qeyd edək ki, dünyanın bir sıra inkişaf etmiş ölkələri gömrük xidmətinin təşkilində, dəmir yolu stansiyalarında, metroda robotların xidmətindən istifadə edirlər.