Güney Azərbaycanlı tələbələr qızıl medal qazanıblar
14.04.2025

Serbiyada keçirilən Tələbə Olimpiadasının (Gimnaziya) başa çatması ilə Güney Azərbaycan idmançıları yaydan oxatma, stolüstü tennis və disk atma idman növləri üzrə fərqli medallar qazanaraq uğur əldə ediblər.

Yarışın yekununda Azərbaycandan Vərziğanlı, perspektivli oxatan Helya Həzrətian kombinasiya üzrə fərdi yarışda qızıl medal qazanıb. O, bundan öncə fərqli kateqoriyalarda da iki qızıl medal qazanmışdı və nəticədə o cəmi üç qızıl medalla yarışın parlaq siması seçilib.

Stolüstü tennis üzrə yarışda isə Tufarqanlı (Azərşəhri) stolüstü tennisçi Fəraz Şəkibə Çin idmançılarına qalib gələrək qızıl medal qazanıb.

Saray Rəhimi xocalı da builki yarışda nizə atmada qızıl medal qazanıb.

visiontv.az



Gündəlik

slide 7 to 10 of 8