Gigiyena insan həyatında ən önəmli bir hadisədir. Fransa tarixinə baxdığımızda yuyunmaq adəti Burbonlar dövründə istər aristokrat sinif, istərsə də xalq arasında yox olmuşdu. Həyatında 3 dəfə çimən (doğulanda, evlənəndə və öləndə) 16-cı Lüdovik və yaxud Kastilya kralıçası İzabellanı misal gətirmək olar. Fransa nə zaman su ilə tanış oldu..? Təbii ki, Napoleon dövründə.
Napoleon bildiyiniz kimi italyandır və hər nə qədər Korsikada dünyaya gəlsədə Toskana bölgəsindən oraya köç edən orta sinif ailənin üzvü idi. Lakin təmizliyə Avropa tarixində onun qədər riayət edən bəlkədə tapılmaz. Hakimiyyətə gələn kimi l"Empire/İmperiya adlanan bir sistem yaratdı. Əsgərlər, aristokrat təbəqə başda olmaqla romalılar kimi geyinmə, titullar roma titulları, roma hamam və vannaları təsis edildi. Adam bildiyiniz ROMA SİSTEMİNİ qurdu. Gün ərzində üç dəfə vanna qəbul etdiyini tarixçilər yazar və təsdiq üçün də generalların xatirələrinə baxmaq kifayətdir.. Lakin nədən Avropa suya qarşı bu qədər məsafəli idi. Bunun kökləri daha dərində yatır.
Roma İmperiyasının süqutundan və xristianlığın geniş şəkildə nüfuzundan sonra orta əsrlərin qaranlıq dövrü başladı. Bu, insanların mənəviyyatına, mentalitetinə mənfi təsir göstərdi. Əsas gigiyena qaydaları tamamilə unudulub o yerə çatmışdı ki, yuyunma bir fakt olaraq mövcudluğunu tamamilə dayandırdı. Roma İmperiyasının çiçəklənmə dövründə hər bir insan gündə 700 litrə qədər su sərf edə bilərdi, lakin orta əsrlərdə su yalnız susuzluğu yatırtmağa xidmət edirdi. Paltarlar praktiki olaraq yuyulmurdu. O vaxtlar şəhərlərdə kanalizasiya belə yox idi. Hamam və saunalardan söhbət gedə bilməzdi, gigiyena qaydalarına əməl olunmaması səbəbindən ölüm halları artdı, müxtəlif epidemiyalar, o cümlədən vəba. Maraqlıdır ki, bu cür vəhşi adətlər yalnız Mərkəzi və Qərbi Avropa üçün xarakterik idi. Digər xalqlar, o cümlədən slavyanlar və müsəlmanlar hamamın üstünlüklərindən tam istifadə edirdilər. Səlibçilər Bizansda şərq hamamını görəndə məsələni düzəltməyə çalışdılar. Ancaq hər şeyin o qədər də sadə olmadığı ortaya çıxdı. Kilsə hamam və saunaların inkişafını pisləyirdi, çünki onları günah hesab edirdi. Və ruhanilər vəba xəstəliyinin geniş yayılmasını insan günahlarının cəzası kimi izah edirdilər. Yuyunmaq da zərərli və əxlaqsız bir iş sayılırdı.
Rönesans dövründə təkcə humanist idealların sosial ideyalarının canlanması deyil, insanın gözəlliyi və saflığı, təkcə mənəvi deyil, həm də fiziki cəhətdən dirçəlişi baş verdi. Bu baxımdan su prosedurları yenidən aktuallaşdı. Xüsusilə müalicəvi bulaqlar populyarlaşırdı. Avropada Baden-Baden, Karlsbad və s. kimi kurortlar istirahət mərkəzinə çevrildi. Hamamlardan cismani ləzzətlərə can atmaq məqsədilə istifadə 17-ci əsrin əvvəllərinə qədər, əksər dövlət qurumları ləğv edilənə qədər davam etdi. Bu cür sərt məhdudiyyətlərin qəbulu o dövrdə protestantlığın və ona xas olan sərt mənəvi çərçivənin üstünlük təşkil etdiyi Katolik Kilsəsinin islahatı ilə bağlıdır. Bədənin istənilən formada çılpaqlığı ən dəhşətli günahlarla eyniləşdirilirdi. 4-cü Filippin dövrü, 1300-cü ilin əvvəlində Parisdə şəhər vergisinə cəlb olunan 29 ictimai hamam vardı. Bazar günündən başqa hər gün işləyirdilər. Hamamlar və ona bitişik meyxanalar tez-tez nikahdankənar cinsi əlaqə üçün istifadə olunurdu, baxmayaraq ki, insanlar hələ də orada yuyunmaq niyyətində idilər.
Ayrıca qeyd edim ki, Roma imperiyasında hamam sadəcə təmizlik məkanı deyil, müalicə məkanı idi. Roma hamamında yüksək temperaturun təsiri altında dərinin məsamələri açılır, bu da dərini yağ yataqlarından, tərdən və kirdən daha effektiv təmizləməyə kömək edirdi. Roma hamamı təkcə dəbdəbənin simvolu deyil, həm də sağlamlığın və gözəlliyin qorunması üçün əla vasitə idi.
Roma İmperiyasının süqutundan sonra əsrlər keçməsinə baxmayaraq, Roma hamamları müasir dünyada öz izini qoyub. Bir çox Roma hamamı qalır və məşhur turistik yerlərdir. Onlar tarixə qərq olmaq və qədim Roma hamamlarının dəbdəbəsini yaşamaq üçün unikal imkan verir. Romada hamam təkcə gigiyenik prosedurların keçirildiyi yer deyil, həm də sosial və mədəni həyatın mərkəzi idi. Onlar tarixdə silinməz iz qoyub.
Pərviz Əliyev
visiontv.az