Fındıqlı meşələrində "yaşıl soyqırım": Minlərlə nadir ağac növü kəsilib
06.05.2024

Ərdəbil əyalətinin təbiət abidələrindən sayılan və nadir ağaclarına görə məşhur olan Fındıqlı meşələrində minlərlə ağac kəsilib.

Bu barədə ekofəallar foro və videolar paylaşıblar.

Yayılan son peyk fotolarında yaşıllıq zolağının dərinliklərində yerləşən bölgənin məhv edildiyi müşahidə olunur.

Ekofəallar nadir ağac növlərinin kəsilməsi və qaçaqmalçılığının SEPAH-a bağlı qruplar tərəfindən həyata keçirildiyini yazıblar.

Qeyd edək ki, əksəriyyəti əsasən Ərdəbil əyalətinin inzibati ərazi bölgüsü daxilində olan Fındıqlı meşələri təbiət əsəri kimi qeydə alınıb.

Buna baxmayaraq, yaşıllıq zolağının qorunması ilə bağlı tədbirlər görülmədiyinə görə, meşənin sahəsi əvvəlki illərlə müqayisədə kiçilib.

visiontv.az