Fərid Məmmədov: Yaxın aylarda Xankəndidə Smart DOST məntəqəsinin təşkili planlaşdırılır
24.06.2026

Yaxın aylarda Xankəndi şəhərində Smart DOST məntəqəsinin təşkili planlaşdırılır.

Bunu DOST  Agentliyi İdarə Heyətinin sədri Fərid Məmmədov Neftçala şəhərində DOST filialının fəaliyyətə başlaması ilə əlaqədar keçirilən tədbir çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

"Biz müasir yanaşma olaraq  Smart DOST məntəqələri üzərində də iş aparırıq. Yaxın aylarda  Xankəndi şəhərində də növbəti  Smart  DOST məntəqəsinin təşkilini planlaşdırırıq. Cari ildə İmişli rayonunda filial, Naxçıvan, Gəncə və Sumqayıt şəhərlərində isə mərkəzlərin təşkil nəzərdə tutulur", - o qeyd edib.

visiontv.az