Avropa Birliyinin Aviasiya Təhlükəsizliyi Agentliyi (EASA) ABŞ və İran arasında əldə olunduğu bildirilən çərçivə razılaşmasına baxmayaraq, aviaşirkətlərə İran, İraq və Livan üzərindəki hava məkanından istifadə etməmələri ilə bağlı tövsiyəsini qüvvədə saxlayıb.
Agentliyin açıqlamasına görə, regionda təhlükəsizlik vəziyyəti tam sabitləşmədiyindən mülki aviasiya üçün risklər hələ də qalmaqdadır. Bu səbəbdən EASA münaqişə zonaları ilə bağlı tövsiyəsinin müddətini iyulun 1-dək uzadıb.
Qurum bildirib ki, Vaşinqton və Tehran arasında əldə olunmuş atəşkəsə baxmayaraq, onun pozulması ehtimalı mövcuddur. Xüsusilə Hörmüz boğazı və ətraf hava məkanında təhlükəsizlik risklərinin davam etdiyi qeyd olunub.
EASA İsrail ilə Hizbullah arasında qüvvədə olan kövrək atəşkəsə diqqət çəkərək, Livan üzərində həyata keçirilən uçuşların da müəyyən risklər daşıdığını vurğulayıb.
visiontv.az