"Euronews"un xəbəri gözümə dəydi. Qəbələdə keçirilmiş Türk Dövlətləri Təşkilatının (TDT) sammitindən yazıblar.
Qeyd olunur ki, Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, həmçinin müşahidəçi dövlətlər Türkmənistan və Macarıstan liderləri tədbirə qatılıb. Ancaq Kuzey Kıbrıs Türk Cumhuriyeti haqqında xəbərdə bir kəlmə də yoxdur...
Hə, Avropa İttifaqı Kuzey Kıbrıs Türk Cumhuriyetini rəsmən tanımır. Bunu başa düşdük. Ancaq xəbərdə ən azı yazılmalıdır ki, Avropa İttifaqının tanımadığı Kuzey Kıbrıs Türk Cumhuriyeti də TDT-nin Qəbələdəki tədbirində iştirak edib...
Diqqət edirsizmi? O boyda "euronews" da öz siyasi maraqlarına görə faktı saxtalaşdırır. Əlbəttə, bu, biabırçılıqdan başqa bir şey deyil...
Elbəyi Həsənli
visiontv.az
