Ermənistanın Qazaxla sərhədində mina partlayıb, minaaxtaranın ayağı amputasiya edilib
06.05.2024

Ermənistanın Kirants (Xeyrimli) kəndində minaxtaran minaya düşüb.

APA-nın  “Sputnik-Armenia”ya istinadən xəbərinə görə, hadisə səhər saatlarında baş verib.

Məlumatda bildirilib ki, nəticədə onun ayağı amputasiya edilib.

Hadisə  Azərbaycanla sərhəddəki ərazidə minatəmizləmə işləri zamanı baş verib.

Ölkənin Müdafiə Nazirliyi faktı təsdiqləyib. Hadisə ilə bağlı araşdırma aparılır.

visiontv.az