Ermənistanda keçirilən növbədənkənar parlament seçkisinə qatılan siyasi qüvvələrin siyahısı
20.06.2021

Nikol Paşinyanın Vətəndaş Sazişi Partiyası marafona təkbaşına qatılıb.

Birinci prezident Levon Ter-Petrosyan seçkiyə lideri olduğu Erməni Milli Konqresi ilə gedir.

Deputat Qaqik Sarukyan yarışa Çiçəklənən Ermənistan Partiyası, deputat Edmon Marukyan İşıqlı Ermənistan Partiyası ilə qoşulub.
Mandat uğrunda daha 17 partiya mübarizə aparır: Demokrat Partiyası, Ədalətli Ermənistan Partiyası, Respublika Partiyası, Ümumerməni Milli Dövlətçilik Partiyası, Erməni Vətəni Partiyası, Milli Hədəf Partiyası, Avropa Partiyası, Vətəndaş Seçimi Sosial Demokrat Partiyası, Bizim Ev – Ermənistan Partiyası, Milli Demokratik Cinah Partiyası, Vahid Vətən Partiyası, Mühafizəkar Hərəkat Partiyası, Yüksəliş Partiyası, Liberal Partiya, Suveren Ermənistan Partiyası, Oyanış Partiyası, Azadlıq Partiyası.

Ermənistan blokunda ikinci prezident Robert Köçəryan, Daşnaksütun Partiyası və Dirçələn Ermənistan Partiyası cəm olub.

Üçüncü prezident Serj Sərkisyanın sədrlik etdiyi Ermənistan Respublikaçılar Partiyası Milli Təhlükəsizlik Xidmətinin sabiq direktoru Artur Vanetsyanın Vətən Partiyası ilə “Qürurluyam” blokunda bir araya gəlib.

Parlamentə düşməyə Azad Vətən bloku və Şirinyan-Babacanyan bloku da iddia edirlər.

Parlamentə düşmək üçün partiyalar azı 5%, bloklar azı 7% səs toplamalıdır.

Visiontv.az