İran rəsmisi deportasiya qərarı verilmədən Kanadanı tərk etdi
18.03.2025

“Global News” saytı xəbər verir ki, İranın yüksək vəzifəli rəsmisi İlham Zəndi rəsmi deportasiya prosesi başlamazdan öncə Kanadanı könüllü tərk edib.

Məlumata görə, Zəndi Kanadaya əvvəlcə turist kimi daxil olub, lakin sonra iş icazəsi üçün müraciət edib. O, bu icazəni ala bilməyəndə Kanada hökumətini məhkəməyə verib və 10.000 dollar təzminat istəyib.

Qeyd olunub ki, İlham Zəndi deportasiya prosesi ərəfəsində Kanadanın İmmiqrasiya Departamenti ilə görüşmək istəyib, ancaq işinə baxılmadığı üçün ölkədən çıxmaq qərarına gəlib. (Iran International)

visiontv.az



Gündəlik

slide 7 to 10 of 8