Azərbaycan Prezidentinin ötən il mayın 28-də qanunsuz silahlı birləşmələrini Qarabağdan çıxarması haqda Ermənistana Laçından bir xəbərdarlığı olmuşdu. Haylar bəzi dövlətlərə güvənərək özündən əvvəlkilər kimi həmən xəbərdalığı da qulaqardına vurdular. Amma qulaqardına vurduqları digər xəbərdarlılqar kimi bu da onlara baha başa gəldi. Sentyabrın 19-20-də keçirilən antiterror tədbirlərindən sonra təkcə qanunsuz silahl birləşmələri deyil, hayəsilli və haydillilərin də əksəriyyəti Qarabağı tərk etdilər.
Cənab İlham Əliyevin Xocalıda səsləndirdiyi yeni xəbərdarlığa da əməl edilmədiyi təqdirdə əminəm ki, Ermənistan növbəti acı reallıqla üzləşəcək: " Ermənistan və onun havadarları hesab edirdilər ki, onları heç kim cəzalandırmayacaq. Onlar səhv etmişdilər, bu gün də səhv edirlər. Yeni yiyə axtarışında olan, onun-bunun qucağına sığınan Ermənistan bilməlidir ki, yeganə yol Azərbaycanın bütün şərtlərini qəbul etmək və Azərbaycana qarşı ərazi iddialarından əl çəkməkdir".
"Bütün şərtlərini" deyərkən firkimcə, ayrıca vurğulananla yanaşı, burada Ermənistanın təhlükəsizliyimizi təhdid edəcək səviyyədə militarlaşmaması, Zəngəzur dəhlizini açması və Azərbaycanın hələ də işğal altında qalan 8 kəndini boşaltması nəzərdə tutlur. Xatırladım ki, dövlət başçımız bunu "dözülməz vəziyyət" adlandırıb. Yəqin ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin çox ehtimal ki, Türkiyədə baş tutacaq görüşlərində gündəlikdəki mövzulardan biri də məhz bu olacaq.
Millət vəkili Sahib Alıyev
Visiontv.az