“Ermənistan Sülh Sazişinin imzalanma vaxtı ilə bağlı müzakirələrə hazırdır” –BƏYANAT
14.03.2025

Ermənistan Respublikasının Xarici İşlər Nazirliyi diplomatik kanallar vasitəsilə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə məlumat verib ki, Ermənistan Respublikası “Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş” layihəsinin razılaşdırılmamış iki maddəsi üzrə Azərbaycanın təkliflərini qəbul edir”.

Visiontv.az AzPost-a istinadənxəbər verir ki bildirir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

İrəvan birgə bəyanatın mətninin dərc edilməsini təklif edib, rəsmi Bakı birtərəfli qaydada açıqlama verməyə üstünlük verib.

“Ermənistan Respublikasının Xarici İşlər Nazirliyi “Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sülh və dövlətlərarası münasibətlərin yaradılması haqqında Saziş” layihəsinin təsdiq edilməsi faktını, habelə bu layihənin təsdiqi ilə bağlı danışıqların başa çatdığını təsdiq edir.

Beləliklə, sülh müqaviləsi imzalanmağa hazırdır. Ermənistan Respublikası Azərbaycan Respublikası ilə Sazişin imzalanma vaxtı və yeri ilə bağlı müzakirələrə başlamağa hazırdır”.



Gündəlik

slide 7 to 10 of 8