Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan bildirib ki, İrana qarşı müharibə uzanarsa, ölkə iqtisadiyyatı bundan ciddi şəkildə zərər görəcək.
“Xərclər hələ də hiss olunur, xüsusən də müəyyən malların qiymətlərinin artması ilə. Ermənistan İrandan bir sıra xammal alır və münaqişə davam edərsə, qiymətlərin daha da artması riski var”, - deyə o, qeyd edib.
Bundan əlavə, nazir bildirib ki, Ermənistan və Azərbaycanın işgüzar dairələri arasında Bakının İrəvandan ala biləcəyi konkret məhsulla bağlı danışıqlar aparılır.
visiontv.az