Ərdoğan: “Ermənistanın dost və qardaş Azərbaycana hücumunu şiddətlə qınayıram”
14.07.2020

“Dost və qardaş Azərbaycana qarşı Ermənistan tərəfdən törədilən hücumu şiddətlə qınadığımı bildirmək istəyirəm”.

Visiontv.az-ın Anadolu agentliyinə istinadən verdiyi xəbərə görə, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan kabinet toplantısından sonra verdiyi açıqlamada deyib. 

O, şəhidlərə rəhmət, yaralıların tez bir zamanda sağalmasını diləyib. 

"Bu gərginliyin Ermənistanın düşünməmiş hücumundan sonra silahlı toqquşmaya çevrilməsindən narahatıq. Son hücum iki ölkə sərhədində ağır silahlarla həyata keçirilib”, - deyə Ərdoğan əlavə edib.