Ərdəbildə baş verən etirazlardan yeni görüntülər
10.02.2026

Güney Azərbaycanın Ərdəbil şəhərində baş verən kütləvi etirazlarla bağlı yeni görüntülər paylaşılıb. Kadrlarda Yəhya meydanında polisin zirehli maşınının etirazçıların üzərinə doğru hərəkət etdiyi anların başqa rakursdan çəkilmiş görüntüsü əks olunub.

Yeni yayılan videolar yanvarın 10-da Ərdəbildə keçirilən etiraz aksiyaları zamanı qeydə alınıb. Görüntülərdən aydın olur ki, təhlükəsizlik qüvvələrinə məxsus zirehli avtomobil etirazçıların olduğu istiqamətə doğru irəliləyir.

Daha əvvəl yayımlanmış videolarda zirehli maşının bir neçə etirazçının üzərinə çıxdığı açıqlanmışdı. Hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

visiontv.az