Əhvaz həbsxanasında siyasi məhbuslar aclıq aksiyası keçirir
23.10.2024

İranın cənub-qərbində yerləşən və etnik ərəblərin kompakt yaşadığı Xuzistan əyalətinin Əhvaz şəhərinin Şeyban həbsxanasında saxlanılan 7 siyasi məhbus aclıq aksiyasına başlayıb.

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Bildirilib ki, mhbuslar 14 aydır qeyri-müəyyən şərayitd saxlanılmalarına etiraz olaraq oktyabrın 19-dan aksiyaya əl atıblar.

Qeyd edək ki, insanhaqları təşkilatları aclıq aksiyası keçirən fəalların dinc siyasi və ictimai fəaliyyətlərinə, hakimiyyəti tənqid etdiklərinə görə həbs edildiklərini bildirirlər.

Buna baxmayaraq, İran məhkəməsi onların "təhlükəsizlik məsələləri" ilə bağlı həbs edildiklərini iddia etsə də, barələrindəittihamlar irəli sürülməyib.

visiontv.az